Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi artıb

Xəbərin çap versiyası
Tarix: 8-09-2017, 16:04
Mərkəzi Bankın valyuta ehtiyatlarının


Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

SİVİL.AZ bildirir ki, AMB-dən “APA-Economics”ə verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il sentyabr ayının 1-nə 5 mlrd. 101,2 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 908,7 mln. dollar və ya 21,67% çoxdur. Avqust ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 68,1 mln. dollar və ya 1,35% artıb.

Сari ilin əvvəlindən artım 1 mlrd. 126,8 mln. dollar və ya 28,35% olub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz