Dünya Bankının vitse-prezidenti Azərbaycana gəlir
Tarix: 10-09-2017, 00:00
Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti Sirill Müller Bakıya səfər edəcək.
SİVİL.AZ bildirir ki, bu barədə təşkilatın Bakı ofisindən məlumat verilib.
S. Müllerin Bakıya sentyabrın 18-19-u səfər edəcəyi bildirilib. Səfər zamanı onun yüksək səviyyədə görüşlər keçirməsi planlaşdırılır.
Bundan başqa o, sentyabrın 19-u keçiriləcək Azərbaycanın Dünya Bankına qoşulmasının 25 illiyinə həsr olunan tədbirdə iştirak edəcək. (Trend)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər