Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə veriləcəyi tarix AÇIQLANIB

Xəbərin çap versiyası
Tarix: 12-09-2017, 00:00
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə veriləcəyi tarix


Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasiminin oktyabrın 28-də keçirilməsi gözlənilir.

SİVİL.AZ-ın məlumatına görə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov AZƏRTAC-a açıqlamasında bildirib ki, hər hansı texniki problem yaranmasa, Bakı-Tbilisi-Qars (BTQ) planlaşdırılmış dəmiryolu xəttinin rəsmi açılış mərasimi oktyabrın sonlarında keçiriləcək. Onun sözlərinə görə, açılış mərasiminin oktyabrın 28-də keçirilməsi gözlənilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz