Bankların bağlanması niyə dayandırıldı? - ŞƏRH

Xəbərin çap versiyası
Tarix: 17-09-2017, 01:00
Bankların bağlanması niyə dayandırıldı? -


Manatın devalvasiyası ilə yaranan böhranın əsas zərbəsi bank sisteminə dəydi. Beynəlxalq təcrübələrdən də bunu görmək mümkündür. Azərbaycan da anoloji vəziyyətlə üz-üzə qaldı. Ölkədə baş verən iki kəskin devalvasiyadan sonra bankların maliyyə çatışmazlığı ilə üzləşməsi, onlardan bir neçəsinin bağlanması ilə nəticələndi.

SİVİL.AZ bildirir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası təkcə 2016-cı ildə 12 bankın lisenziyasını ləğv etdi. Sonradan bu banklardan biri, “Parabank” Bank Olmayan Kredit Təşkilatı (BOKT) kimi öz fəaliyyətini bərpa etdi.

Ancaq 11 bank bazardan çıxdı və həmin banklardan bir neçəsi ləğvetmə prosesindəndir. Qeyd edək ki, bağlanan bankların ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fondu çıxış edir.

Həmin dövrdə bankların bağlanması tendensiya şəklində gedirdi. Ekspertlər də bu prosesin davamlı olacağını və daha bir neçə bankın lisenziyasına xitam veriləcəyini vurğulayırdılar. Ekspertlər bunu hələ də fəaliyyətdə olan bir çox bankın iflas həddinə çatdığı ilə izah edirdi. Məlumdur ki, hələ də fəaliyyətdə olan bankların bir çox maliyyə çatışmamazlığı ilə üz-üzədir. Ancaq bu bankların sağlamlaşdırılması və ya müflis elan olunması (lisenziyasının ləğv olunsı) ilə bağlı işlər getmir.

Maraqlıdır, bu proses niyə dayandırıldı? Banklar böhrandan çıxdımı, yoxsa Palata bankların bazarda qalmasında maraqlıdır?

İqtisadçı-ekspert Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında bankların düşdüyü vəziyyətdən çıxmasının mümkün olmadığını deyib:

Bankların bağlanması niyə dayandırıldı? -


“Məndə elə bir fikir formalaşıb ki, ümumiyyətlə, bankların bazarda qalıb-qalmaması ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının mövqeyi yoxdur. Bilinmir ki, Palata bankların bağlanmasını və ya bazarda qalmasını istəyir. Sanki bu yöndə heç bir siyasət müəyyən olunmayıb. Vəziyyəti ağır olan banklar durğunluq dövründədir. Nə düşdüyü vəziyyətdən çıxa bilmir, nə də bundan pis vəziyyətə düşə bilmir.

Banklar aktivlərini bərpa edə bilmədiyi üçün borclarını qaytara bilmir. Bankların investorları, öz aktivləri qarşısında olan öhdəliklərini yerinə yetirmir. Elə banklar var ki, ümumiyyətlə,maliyyə-kredit sistemində dərindən iştirak etmədiyi üçün onların vəziyyəti haqqında bunları demək olmaz. Onlar öz müştəri bazası ilə fəaliyyətlərini davam etdirirlər. Güclərini kredit sisteminə verməmək şərti ilə müəyyən bank fəaliyyəti ilə özlərini dolandırırlar. Hansı bankların ki, vəziyyəti ağır idi, yaxşılaşmağa doğru heç bir hall baş verməyib. Bu da iqtisadiyyatda dərin durğunluq dövrü adlanır. Çox güman ki, həmin bankların vəziyyəti elə bu formada da qalacaq”.

Fuad İbrahimov hesab edir ki, ağır vəziyyətdə olan bankların bu durumdan çıxması üçün batmış kreditləri qaytarmaq lazımdır. Ekspertin sözlərinə görə, batmış kreditlərin qaytarılması üçün isə ümumiyyətlə, mexanizm yoxdur:

“Çünki krediti götürüb müflisləşən sahibkarların həmin borcu qaytarmaq mexanizmləri işlənməyib. Bu qapanmış bir dairədir, yəni, çıxış yolu yoxdur. Bunun yeganə yolu bankların konsildasiyaya (birləşməyə) getməsidir”. Ekspert bildirib ki, bankların vəziyyəti investorların da Azərbaycana olan marağını azaldır. F.İbrahimovun sözlərinə görə, Azərbaycan son 3 ildə investisiya cazibəsini itirib: “Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyətində, bu banklar iqtisadiyyata yük deyil. Banklar bu gün fəaliyyət imitasiyasi ilə məşğuldur. Ola bilər ki, banklar müştəri bazası səviyyəsində hansısa -pul köçürmələr, müştərilərin nağdsız ödənişlərini həyata keçirmək və.s kimi fəaliyyət göstərir. Amma bu göstərici deyil. Bank inkişaf etməlidir, gəliri olmalıdır. Doğrudur, həmin bankların fəaliyyəti iş yerləri baxımından statistikanı yaxşılaşdırır. Amma bankın fəaliyyəti bundan ibarət olmamalıdır. Bank rüblük, illik hesabatlarda gəlir əldə etməlidir. Əgər yoxdursa, heç bank haqqında fəaliyyətdən danışmağa ehtiyac qalmır.

Bu gün banklar ölkə iqtisadiyyatına heç nə vermir. Nə yük kimi yükdür, nə də gəlir mənbəyi. İnvestorlar hansısa ölkəyə yatırım qoymaq haqqında düşünəndə ilk növbədə bank sektorunun vəziyyətini araşdırır. Amma Azərbaycana gəlib banklar arasında monitorinq keçirməyə heç ehtiyac da yoxdur. Beynəlxalq mərkəzlər var ki, bu haqda mütəmadi dəyərlindərmələr aparırlar. Həmin qurumlar artıq Azərbaycanın investisiya cazibəsini beynəlxalq səviyyədə müəyyən ediblər. Artıq ciddi investorlar həmin mərkəzlərdən məlumat alır və məlum olur ki, Azərbaycan son 3 ildə öz investisisya cazibədarlığını itirib”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz