FES dekabrda faiz artımına gedə bilər

Xəbərin çap versiyası
Tarix: 18-09-2017, 20:30
FES dekabrda faiz artımına


ABŞ Mərkəzi Bankı (Federal Ehtiyatlar Sistemi) bu həftə keçiriləcək toplantısında faiz artımına getməyəcək.

SİVİL.AZ xəbər verir ki, "Bloomberg" agentliyinin 42 iqtisadçı arasında apardığı sorğunun nəticələrinə görə, dekabrda faiz artımı istisna deyil.

Belə ki, ilin sonuna 0,25% artım baş verə bilər. Ekspertlərin fikrincə, FES nümayəndələri oktyabrda balansı 4,5 trln. dollardan aşağı salacaq. FES-in sentyabr və noyabr aylarında keçiriləcək toplantısında faizləri sabit saxlayacağına dair gözləntilər 98-ə yüksəlib. Qurumun dekabrda keçiriləcək toplantısında isə faiz nisbəti artıracağı yönündə gözləntilər 46 faizə düşüb.

Qeyd edək ki, 2018-ci ildə FES-in üç dəfə faiz artımına gedəcəyi irəli sürülür. (Oxu.Az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz