Elektrik enerjisinə görə ödənişlərlə bağlı YENİLİK

Xəbərin çap versiyası
Tarix: 20-09-2017, 23:35
Elektrik enerjisinə görə ödənişlərlə bağlı


Azərbaycan əhalisi elektrik enerjisi üçün ön ödəmə SMART-kartlarının balansını “MilliÖn” terminalları vasitəsilə yükləmək imkanı əldə edib.

SİVİL.AZ bildirir ki, bu barədə “Komtec” şirkətindən (“MilliÖN” ödəmə terminallarının quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) məlumat verilib.

Məlumatda qeyd olunur ki, SMART-kartları hələlik Gəncə, İsmayıllı, Sumqayıt və Abşeron yarımadasındakı terminallarda yükləmək mümkün olacaq.

Şirkətdən o da məlumat verilib ki, yaxın zamanlarda Gəncədə SMART-kart yükləmə funksiyalı “MilliÖn” terminallarının sayı artırılacaq: “Bundan başqa, gələn həftə yeni funksiya Mingəçevir, Bərdə və Şəmkirdəki terminallarda işə salınacaq”. (Trend)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz