Depozit hərracında tələb təklifi 4 dəfəyə yaxın üstələyib

Xəbərin çap versiyası
Tarix: 30-10-2017, 13:10
Depozit hərracında tələb təklifi 4 dəfəyə yaxın üstələyib


Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

SİVİL.AZ
bildirir ki, Mərkəzi Bankdan verilən xəbərə görə, tələb 731 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib. Bununla da depozit hərracında tələb təklifi 3,7 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 200 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz