Fransız-Azərbaycan Universitetinin tələbələri Xəzər Texniki konfransında
Tarix: 2-11-2017, 00:13
Fransız-Azərbaycan Universitetinin (UFAZ) Neft-Qaz və Geofizika Mühəndisliyi fakültəsinin 10 tələbəsi Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) İllik Xəzər Texniki konfrans və sərgisinin "Qumun monitorinqi və quma nəzarət" və "Neftin geniş bərpası" sessiyalarında iştirak ediblər.
SİVİL.AZ bildirir ki, konfrans regionda texnoloji inkişafın dəstəklənməsi və sürətlənməsi mövzuları ətrafında yerli, regional və beynəlxalq ekspertlərin müzakirələrinin aparılmasına imkan yaradacaq.
Qeyd edək ki, tələbələr Neft Mühəndisləri Cəmiyyətinin (NMC) üzvləridir. Tələbələr NMC tərəfindən onlar üçün nəzərdə tutulan və Azərbaycan universitetlərində (UFAZ daxil olmaqla) keçirilən tədbirlərdə iştirak edirlər. Neft Mühəndisləri Cəmiyyəti peşəkar qeyri-kommersiya birliyidir. Cəmiyyətin üzvləri enerji ehtiyatlarının hasilatı və istehsalı ilə məşğuldur. NMC neft-qaz kəşfiyyatı və istehsal sənayesinə dair mühüm texniki bilik mənbəyidir. (AZƏRTAC)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər