Azərbaycan Ankarada III Milli Turizm Sammitində

Xəbərin çap versiyası
Tarix: 2-11-2017, 00:25
Azərbaycan Ankarada III Milli Turizm Sammitində


Türkiyənin paytaxtı Ankarada üçüncü Milli Turizm Sammiti işə başlayıb. Tədbirdə ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təmsil edir.

SİVİL.AZ
-ın məlumatına görə, nazirlikdən bildirilib ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan Sammit noyabrın 3-dək davam edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan Sammitdə turizm sektoru üzrə dünyanın müxtəlif ictimai institutları, müəssisə, birlik, şirkət və qeyri-hökumət təşkilatları nümayəndələri iştirak edir.

Tədbirin açılış mərasimində Rəcəb Tayyib Ərdoğan Türkiyə iqtisadiyyatında turizmin əhəmiyyəti və turizm sahəsində mövcud qlobal çağırışlar barədə çıxış edib.

Səfər çərçivəsində Əbülfəs Qarayev türkiyəli həmkarı Numan Kurtulmuş ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb. Müzakirə olunan məsələlər arasında hər iki ölkənin müvafiq nazirlikləri tərəfindən yaradılmış İşçi Qrupun formatının genişləndirilərək turizm sənayesi və mədəniyyət üzrə ixtisaslaşmış assosiasiyaların və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə mədəniyyət və turizm üzrə Azərbaycan-Türkiyə birgə Komissiyasının yaradılması, turizm və rekreasiya zonalarının təşkili sahəsində əməkdaşlığın qurulması, Bakı–Tbilisi–Qars dəmir yolu üzrə turist mübadiləsinin təşkili yer alıb.

Nazir Əbülfəs Qarayev Türkiyənin məhz Azərbaycanın İSESKO Baş Konfransına sədrliyi dövründə bu quruma üzv olma niyyətinin reallaşması istiqamətində müsbət addımlar atmasının təqdirəlayiq hal olduğunu qeyd edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz