FES dekabr ayında faiz artımına gedəcək
Tarix: 2-11-2017, 11:51
ABŞ Federal Ehtiyat Sistemi (FED) 31 oktyabr - 1 noyabr tarixlərində monetar siyasətlə bağlı keçirdiyi növbəti iclasında, gözlənildiyi kimi, uçot dərəcəsini dəyişdirməyib.
SİVİL.AZ Bloomberg-ə istinadən xəbər verir ki, Federal Açıq Bazar Komitəsi (FOMC) faiz dərəcəsini 1,00 - 1,25 faiz səviyyəsində saxlayıb.
Qeyd edək ki, analitiklər FES-in bu iclasda faiz dəyişikliyinə getməyəcəyini proqnozlaşdırırdılar.
Bununla belə, qurumun dekabrda gözlənilən toplantısında faiz artımına gedəcəyinə dair gözləntilər 85 faizə yüksəlib. (Oxu.Az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər