OPEK Azərbaycanda neft hasilatı ilə bağlı proqnoz verdi
Tarix: 9-11-2017, 15:51
OPEK Azərbaycanda 2040-cı ilədək neft hasilatının stabil olaraq sutkada 0,7-0,8 milyon barel səviyyəsində qalacağını proqnozlaşdırır.
SİVİL.AZ-ın Trend-ə istinadən məlumatına görə, bu barədə təşkilatın “World Oil Outlook 2040” adlı hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, 2022-ci ilə kimi Azərbaycanda neft və kondensat hasilatı hazırda qeydə alınan sutkada 0,8 milyon bareldən 0,7 milyon barelədək azalacaq. 2017-ci ildə hasilat 0,8 milyon barel, 2018-ci ildə 0,7 milyon barel, 2019-cu ildə 0,7 milyon barel, 2020-ci ildə 0,8 milyon barel, 2021 və 2022-ci illərdə isə yenidən 0,7 milyon barel təşkil edəcək.
“Bu, yeni iri layihələrin olmaması ilə və “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilatın azalması ilə bağlıdır. Təkcə “Şahdəniz” yatağında 2018-ci ildə yeni mərhələni işə salmaq planlaşdırılır ki, bu da ümumi hasilata sutkada 65 min barel əlavə edəcək”.
OPEK-də hesab edirlər ki, bu vəziyyət uzunmüddətli perspektivdə də saxlanılacaq. 2025-2040-cı illərdə Azərbaycanda hasilatın 0,7 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər