Ekspertlər: FED faizləri artıranda inkişaf etməkdə olan ölkələrin valyutaları çökəcək

Xəbərin çap versiyası
Tarix: 10-11-2017, 13:53
Ekspertlər: FED faizləri artıranda inkişaf etməkdə olan ölkələrin valyutaları çökəcək


Qlobal maliyyə bazarlarında müsbət trendin davam etməsini fürsət kimi qiymətləndirən investorlar inkişaf etməkdə olan ölkələrin maliyyə aktivlərindən çıxmağa başlayıblar.

SİVİL.AZ
-ın məlumatına görə, "Report"un analitik qrupu bildirir ki, dekabr ayında və 2018-ci ildə FED-in gözlənilən əlavə 4 dəfə uçot dərəcəsini qaldırması investorların inkişaf etməkdə olan ölkələrin aktivlərindən çıxmasını sürətləndirib.

Son 5 gün ərzində Türkiyə lirəsi 7%, Meksika pesosu, Braziliya realı, Kolumbiya pesosu və Cənubi Afrika randı 3%, Rusiya rublu isə neft qiymətlərinin 65 dollar/barelə yaxınlaşmasına baxmayaraq 1,6% ucuzlaşıb.

Qeyd edək ki, ancaq dünən Nyu-Yorkda "IShares MSCI Turkey exchange traded" fondlarından (ETF) 8,2 mln. dollar satış həyata keçirilib.

"Citibank"ın London şöbəsinin FX bazarları üzrə müdiri Luis Kosta bildirib ki, "inkişaf etməkdə olan ölkələrin valyutaları qeyri-sabitdir. İnkişaf etməkdə olan ölkələrin maliyyə aktivlərinə marağın yüksək olduğu, xammal qiymətlərinin artdığı, volatilliyin aşağı səviyyədə olduğu şəraitdə belə bir tendensiya anlaşılmazdır".

"Eurizon SLJ Capital" investisiya şirkətinin qurucularından olan Stiven Cen (Stephen Jen) bildirib ki, "xammal qiymətlərinin artmasına baxmayaraq, inkişaf etməkdə olan ölkələrin valyutaları FED-in uçot dərəcəsini artırmasına qarşı həssasdır. Faizlər yüksəldikdə bu ölkələrin valyutaları domino daşları kimi yıxılacaq".

"BNP Paribas" bankı isə hesabatında bildirib ki, dünya bazarında likvidliyin azalması inkişaf etməkdə olan ölkələrin valyutalarına mənfi təsir edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz