BTQ regional inkişafı gücləndirəcək - Giorgi Kvirikaşvili

Xəbərin çap versiyası
Tarix: 28-11-2017, 10:31
BTQ regional inkişafı gücləndirəcək -


"Bakı-Tbilisi-Qars dəmir yolu regional inkişafı gücləndirəcək".

SİVİL.AZ
bildirir ki, APA-nın məlumatına görə, bunu Tbilisidə keçirilən beynəxlalq “İpək Yolu” forumunda çıxışında Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib. O bildirib ki, Gürcüstan yeni İpək Yolu təşəbbüsünə töhfə verməyə hazırdır: “Bildiyiniz kimi, Türkiyə və Azərbaycan hökumətləri ilə sıx əməkdaşlıq sayəsində oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Bu dəmir yolu Mərkəzi Asiya ölkələrini Avropa dəmir yolu şəbəkəsinə birləşdirən alternativ yoldur. Avropa və Asiya arasında körpü olan Gürcüstan diversifikasiyalı iqtisadiyyata nail olmaqla yanaşı, dünya bazarlarına daha yaxşı inteqrasiya etməyə çalışır. Bizim əsas məqsədimiz region və ondan kənarda iqtisadi əlaqələrin dərinləşdirilməsidir. İnanırıq ki, Gürcüstanın Avropa və Çin ilə azad ticarət haqqında sazişləri, Anaklia dərin dəniz limanı və Bakı-Tbilisi-Qars dəmiryolu regional inkişafa töhfə verəcək”.

G.Kvirikaşvili qeyd edib ki, “İpək Yolu” forumunun keçirilməsində məqsəd daha böyük iqtisadi və dayanıqlı inkişafa nail olmaq üçün regional tərəfdaşlarla Gürcüstanın imkanlarının birləşdirilməsidir: “İnanıram ki, bu forum regional əlaqələrin gücləndirilməsi və dərinləşdirilməsi üçün yeni imkanlar yaradacaq. Bu əlaqələr iqtisadi artımı inkişaf etdirəcək və təhlükəsizliyi təmin edəcək. Forum sözlərdən hərəkətə keçmək və məqsədlərin reallığa çevrilməsinə hədəflənib”.

Qeyd edək ki, “İpək Yolu” forumunda 60-dan çox ölkədən 2 minə yaxın nümayəndə iştirak edir. Azərbaycanı tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov təmsil edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz