Azərbaycanda satılan avro və dolların həcmi - RƏSMİ AÇIQLAMA
Tarix: 8-12-2017, 19:00
Bu ilin yanvar-oktyabr aylarında dollarla mübadilə əməliyyatlarının həcmi 2 mlrd. 631 mln. 927,7 min ABŞ dolları olub.
SİVİL.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövründə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 202 mln. 513,9 min dollar satılıb, 165 mln. 139,3 min dollar alınıb.
Bu ilin yanvar-oktyabrında avro ilə mübadilə əməliyyatlarının həcmi 538 mln. 771,2 min avro olub. Nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 96 mln. 796,4 min avro satılıb, 22 mln. 828,8 min avro alınıb.
Cari ilin 10 ayı ilə ötən ilin müvafiq dövrünü müqayisə etdikdə avro ilə əməliyyatlarda da 1,4 dəfə, dollar ilə əməliyyatlarda 1,9 dəfə azalma qeydə alınıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər