Azərbaycanın ümumi daxili məhsulunun həcmi AÇIQLANIB
Tarix: 14-12-2017, 12:26
2017-ci ilin yanvar-noyabr aylarında ölkədə 63071,3 milyon manat və ya əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul istehsal edilib.
SİVİL.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ÜDM istehsalının 40,1 faizi sənayenin, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,0 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil edib.
İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunan əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artıb, neft bölməsində isə 5,1 faiz azalıb. (Oxu.Az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər