Bayram ərəfəsində qiymətlər bahalaşacaqmı? - ŞƏRH

Xəbərin çap versiyası
Tarix: 15-12-2017, 11:33
Bayram ərəfəsində qiymətlər bahalaşacaqmı? -


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,1%, qeyri-ərzaq mallarının qiymətləri 12,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6% artıb. Noyabr ayında oktyabra nisbətən istehlak məhsulları və xidmətlər 0,2%, o cümlədən ərzaq və qeyri-ərzaq məhsulları 0,3% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

SİVİL.AZ
bildirir ki, balaşmanı Oxu.Az-a şərh edən iqtisadçı-ekspert Qubad İbadoğlu bahalaşmanın yeni dalğasının başladığını dedi: "Noyabr ayında oktyabr ayı ilə müqayisədə kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində bahalaşma qeydə alınıb.

Göründüyü kimi, əsas bahalaşma ərzaq səbətində, xüsusilə də ət-balıq, süd və tərəvəz məhsullarında müşahidə olunub ki, bu da aztəminatlı əhalinin istehlakında böyük paya malikdir. Müşahidə olunan maraqlı məqamlardan biri də kərə yağının qiymətində bahalaşmanın davam etməsidir. Halbuki Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan kərə yağı, digər yağlar, süd məhsullarından hazırlanmış yağlara görə gömrük rüsumunun dərəcəsi 15-dən 5-dək azaldılıb. Bu qərar artıq bir neçə gündür ki, qüvvədədir. Görünən odur ki, kərə yağının idxalında gömrük rüsumlarının 3 dəfə azaldılmasından istehlakçılar deyil, daha çox şirkətlər bəhrələnirlər".

İqtisadçı bildirir ki, qarşıdan gələn yeni bayramı ərəfəsində ərzaq mallarının qiymətini artıran faktorlar daha fəallaşacaq: "Odur ki, dəyərli istehlakçılar, qiymətlərin bahalaşmasının yeni dalğasına hazır olun, nəzərə alın ki, ərzaq qiymətləri bu ilin bayram süfrəsində rekord səviyyəyə çatacaq".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz