Rusiya sanksiyalardan 1 milyard dollar qazanıb

Xəbərin çap versiyası
Tarix: 16-08-2019, 15:30
Rusiya sanksiyalardan 1 milyard dollar qazanıb


ABŞ Prezidenti Donald Trump-ın İran və Venesuelaya sanksiyaları Rusiyanın xam neftinə tələbatı gücləndirib və bu ölkənin ixracatçılarının gəlirləri artıb. “Bloomberg” yazır ki, noyabr-iyul aylarında Rusiyanın neft şirkətləri azı 905 milyon dollar əlavə gəlir əldə ediblər.

CİVİL AZERBAİJAN bildirir ki, OPEC və tərəfdaşlarının hasilatı azaltmaları fonunda sanksiyalar Rusiya xam neftinə tələbatı kəskin artırıb. Nəticədə Rusiyanın "Urals" markalı nefti premium "Brent" qiyməti ilə alınıb- satılmağa başlanıb.

“Hazırda rəqabətli daha ağır, hidrogen sulfidli neft qıtlığı yaranıb, çünki bir tərəfdən İran və Venesuelaya sanksiyalar qoyulub, digər tərəfdən OPEC+ hasilatı artırmamaq üzrə razılaşma əldə edib. “Urals” neftinə hazırda Aralıq regionunda tələbat yüksəkdir”, – JBC Energy-nin təhlilçisi Konstantsa Rangelova deyir.

Bloomberg hesablamaları terminal məlumatları, Rusiya limanlarında neft yükləmə proqramları və treyder monitorinqi olan S&P Global Platts-in informasiyasına əsasən aparıb.

ABŞ Venesuelaya sanksiyaları yanvarın sonunda elan edib, İrandan neft alan ölkələrə güzəştləri isə maydan qaldırıb. Bu, ağır, hidrogen sulfidli neft qıtlığı yaradıb. Sözügedən neft nisbətən aşağı keyfiyyətli sayılsa da, bəzi zavodlar məhz onun emalından ötrü tikilib və digər növlərə keçmək baha başa gəlir.

“Urals” nefti adətən Brent-dən ucuz satılıb. Son beş ildə bir barel Rusiya xam nefti Aralıq regionunda ortalama 1 dollar, Şimal-qərbi Avropada isə 1,63 dollar ucuz satılıb. (Azadlıq Radiosu)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz