Yaxın 5 ildə neftin qiyməti ilə bağlı PROQNOZ
Tarix: 5-04-2017, 00:25
Argus agentliyi neftin qiyməti ilə bağlı proqnoza dəyişiklik edib.
SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, agentlik bildirib ki, yaxın beş ildə neftin qiyməti 60 dollar/barel təşkil edəcək.
Əvvəlki proqnozda agentlik növbəti beş il üçün "qara qızılın" qiyməti 75 dollar/barel olacağını bildirmişdir.
Qeyd edək ki, Argus Media neft bazarının qiymətləndirilməsi üzrə ixtisaslaşmış beynəlxalq müstəqil agentlikdir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər