İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - DEPUTAT ÜLVİ QULİYEVİN OĞLUNUN AVROPADAKI MİLYONLARI

Xəbərin çap versiyası
Tarix: 31-10-2019, 00:41
İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - DEPUTAT ÜLVİ QULİYEVİN OĞLUNUN AVROPADAKI MİLYONLARI


OLİQARX DEPUTATIN OĞLU PETERBURQDA 1 MİLYON DOLLARI NECƏ BATIRDI?

Orxan Quluzadə Londona, Gardiff Univetsitetinə təhsil üçün gedəndə onun cəmi 17 yaşı vardı. Cəmi 1 il sonra, 18 yaşlı tələbə Orxan artıq atası Ülvi Quliyevin sayəsində həm də Britaniya Krallığında şirkət sahibi idi.

Şirkətə aid sənədlərdə qeyd olunur ki, İngiltərədəki GUANO LİMİTED (qeydiyyat nömrəsi 06353306) 2007-ci ilin avqustun 28-də London apartment 103, Astra house 23-25 Arklow road ünvanında qeydiyyatdan keçib. Təsisçisi Bakı şəhəri, Səməd Vurğun küçəsi 6 ünvanında qeydiyyatda olan 1989-cu il avqust təvəllüdlü Orxan Quluzadədir. Şirkət atası tərəfindən Orxana ad günü hədiyyəsi idi.

İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - DEPUTAT ÜLVİ QULİYEVİN OĞLUNUN AVROPADAKI MİLYONLARI

Orxan Quluzadə

Ülvi Quliyev şirkəti idarə etmək üçün Londonda ona Əhməd Xan adlı ortaq da tapır. Əslində bu şəxs o vaxtlar Kəmaləddin Heydərovun Londonun Birkbek Universitetində magistr təhsili alan oğlu Tale Heydərovun Orxan üçün Britaniyada ayarladığı bələdçi idi, 3 il sonra o, direktor vəzifəsindən kənarlaşdırılır və şirkətin katibi təyin olunur. Londonda şirkət sahibi olmaq hələ gömrük komitəsinə rəhbərlik etdiyi vaxtlatdan Kəmaləddin Heydərovun sayəsində dərman biznesində parlayan Ülvi Quliyev üçün təkcə prestij deyildi.

İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - DEPUTAT ÜLVİ QULİYEVİN OĞLUNUN AVROPADAKI MİLYONLARI


Ülvi Quliyevin oğlunun şirkəti Heydərovun Britaniyadakı şirkətləri üçün əlavə platsdarm kimi əhəmiyyətli idi. Gardiff Universitetini (illik təhsil haqqı 30 min funta çatır) 4 il ərzində başa vuran Orxan daha iki il London City universitetində (illik təhsil haqqı 13 min funtdan 30 min funta qədər) təhsilinə davam edir. Universitetdə oxuduğu dönəmdə o təkcə şirkət sahibi deyildi, həm Taleh Heydərovun rəhbəri olduğu Azərbaycan Cəmiyyətinin buradakı təmsilçisi, universitetdəki karate klubunun rəhbəri, həm də ZAMİNBANK-ın Londonda Caspian Money pul köçürməsi ilə məşğul olan nümayəndəsi kimi fəaliyyət göstərib.

İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - DEPUTAT ÜLVİ QULİYEVİN OĞLUNUN AVROPADAKI MİLYONLARI


Orxan Guluzadə bu ilin yayında, daha konkret desək, iyulun 24-də şirkətin adını dəyişərək UGANO Limited adlandırıb. GUANO, yaxud UGANO fərq etməz, Orxanın yaxın dostlarlna şirkətin adının ailə üzvlərinin adlarının baş hərflərini ifadə etdiyini deyib. Şirkətin adını dəyişdirməzdən əvvəl isə, yəni bu ilin iyunun 20-də Orxan yaxın dostu Tale Heydərovun yardımı ilə biznesini böyütmək üçün Britaniyanın HAMPSHİRE TRUST BANK-ından ciddi məbləğdə kredit alıb.

İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - DEPUTAT ÜLVİ QULİYEVİN OĞLUNUN AVROPADAKI MİLYONLARI


Ülvi Quliyevin oğlu hələ ilin əvvəlində, daha dəqiqi fevral ayında İngiltərənin daha bir maliyy şirkətindən - LENDINVEST SECURITY TRUSTEES LIMITED-dən də kredit götürüb. İngiltərədəki və Azərbaycandakı biznesi ilə kifayətlənməyən Orxan Quluzadə 2013-cü ildən GUANO LTD-nin fəaliyyətini Rusiya istiqamətində də genişləndirməyə qərar verir və Sankt Peterburqda Türkiyə brendi olan MADO kafe-restoranlar şəbəkəsi yaratmağa başlayır.

Sahəsi 300 kvadrat metr olan ilk restoranını şəhərin Nevski prospekti 124-də, Vosstaniya meydanı yanında açan Orxan o zaman "Деловой Петербург" qəzetinə bildirmişdi ki, növbəti illərdə bu restoranların sayı onlarla olacaq. Qəzetin məlumatına görə, oliqarx deputatın oğlu təkcə bu restorana 700 min dollar vəsait yatırır. Mebellər, ərzaq, şirniyyat Türkiyədən gətirilir. Tezliklə Orxan Peterburqun Suvorovsk prospekti 17 ünvanında ikinci restoranla bağlı layihəsini də reallaşdırır.

Sən saydığını say, gör fələk nə sayır, "Mado" brendini peterburqlulara sevdirə bilməyən Orxanın üst-üstə 1 milyon dollardan baha başa gələn layihəsi 2015-ci ildə iflasa uğrayır. "Mado restoranları bağlanır, onları "XOÇU KEBAB" restoranları əvəzləyir.

İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - DEPUTAT ÜLVİ QULİYEVİN OĞLUNUN AVROPADAKI MİLYONLARI


Deputatın oğlu yenidən "investisiya kisəsini" açır, bu dəfə Vosstaniya meydanı və Suvorovsk prospekti 17-də (Çernışevskaya metrosunun çıxışı) peterburqlulara kabab təklif edir. Daha sonra "Xoçu Kebab" və "Xoçu Şaşlık" adı ilə Sankt Peterburqun Zaqorodnıy prospekt 12, Komsomol küçəsi 13, Marat küçəsi 10-12, Sadovaya 44, Bolşaya Puşkarskaya 27 ünvanlarında daha bir neçə restoran fəaliyyətə başlayır.

İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - DEPUTAT ÜLVİ QULİYEVİN OĞLUNUN AVROPADAKI MİLYONLARI


Restoran biznesi ilə yanaşı Orxan Quluzadə Peterburqda növbəti biznes layihəsinə baş vurub və 2018-ci ilin okyyabrında 10 min rubl nizamnamə kapitalı ilə burada NEO GROUP LTD ticarət şirkətini (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "НЕО ГРУП") qeydiyyatdan keçirib. Lakin ötən ayın 18-də şirkətin bağlanması üçün Peterburqun vergilər idarəsinə müraciət edib.

Təkcə ölkə xaricində deyil, elə Azərbaycanda da Ülvi Quliyevin biznesini oğlu idarə edir. Bu barədə ayrıca...

İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - DEPUTAT ÜLVİ QULİYEVİN OĞLUNUN AVROPADAKI MİLYONLARI


Bu da neftçi Qurban Abbasov küçəsi 42-44-də tikilən 12 mərtəbəli BAYIL MARİNA yaşayış kompleksi. Bina Ülvi Quliyevin oğlu Ülvi Quluzadənin təsisçisi olduğu "Diler İnşaat" MMC tərəfindən inşa olunur və tamamlama mərhələsindədir. Şirkət Gilan&Knauf şirkətinin eksklüziv dileri kimi fəaliyyətə başlayıb. Ziya Bünyadov prospektində tikinti materiallarının satışı mərkəzi də bu şirkətə aiddir.

Deputata məxsus Bayıl Marinada mənzillərin kvadrat metri 2200 manatdan, 1 otaqlı mənzillərin qiyməti 158 min manatdan, 4 otaqlı mənzillərin qiyməti isə 508 min manatdan başlayır (https://korter.az/bay-l-marina-bak).

İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - DEPUTAT ÜLVİ QULİYEVİN OĞLUNUN AVROPADAKI MİLYONLARI


Deputat Ülvi Quliyev bu sənədlərlə və faktlarla bağlı ona ünvanladığım sualları oxusa da susdu.
Müəllif: Cavanşir Həsənli

İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - DEPUTAT ÜLVİ QULİYEVİN OĞLUNUN AVROPADAKI MİLYONLARI

İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - DEPUTAT ÜLVİ QULİYEVİN OĞLUNUN AVROPADAKI MİLYONLARI

İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - DEPUTAT ÜLVİ QULİYEVİN OĞLUNUN AVROPADAKI MİLYONLARI

İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - DEPUTAT ÜLVİ QULİYEVİN OĞLUNUN AVROPADAKI MİLYONLARI

İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - DEPUTAT ÜLVİ QULİYEVİN OĞLUNUN AVROPADAKI MİLYONLARI

İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - DEPUTAT ÜLVİ QULİYEVİN OĞLUNUN AVROPADAKI MİLYONLARI

İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - DEPUTAT ÜLVİ QULİYEVİN OĞLUNUN AVROPADAKI MİLYONLARI

İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - DEPUTAT ÜLVİ QULİYEVİN OĞLUNUN AVROPADAKI MİLYONLARI


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz