Avropa İttifaqının 2020-ci il büdcəsi AÇIQLANDI
Tarix: 20-11-2019, 01:44
Avropa İttifaqı Şurası və Avropa Parlamenti 2020-ci il büdcəsini razılaşdırdıqlarını açıqlayıblar.
CİVİLAZERBAİJAN.COM bildirir ki, məlumata görə, gələn il Aİ-da büdcə gəlirlərinin 168,7 milyard avro, büdcə xərclərinin isə 153,2 milyard avro təşkil edəcəyini gözlənilir. Beləliklə büdcədə 15,5 milyard avro müsbət saldo yaranacaq.
Büdcədən məşğulluq və uyğunlaşma proqramları üçün 83,9 mlrd avro, kənd təsərrüfatı və təbii sərvətlər üçün 58,6 milyard avro, "Erasmus” təhsil proqramı üçün 2,9 milyard avro, təhlükəsizlik üçün 3,7 milyard avro ayrılacaq.
Avropa İttifaqının büdcəsinə mərkəzi Lüksemburqda yerləşən Avropa Auditorlar Məhkəməsi nəzarət edir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər