Gürcüstanda orta aylıq əməkhaqqı AÇIQLANDI

Xəbərin çap versiyası
Tarix: 16-12-2019, 12:49
Gürcüstanda orta aylıq əməkhaqqı


2019-cu ilin 3-cü rübündə Gürcüstanda orta aylıq əməkhaqqı 1217,1 lari (425 dollar) təşkil edib.

CİVİLAZERBAİJAN.COM
bildiriir ki, bununla bağlı Gürcüstan Milli Statistika İdarəsinin hesabatında məlumat verilib.

2018-ci ilin 2-ci rübü ilə müqayisədə orta aylıq əmək haqqında 91,6 lari artım baş verib.

Hesabat dövründə ən yüksək orta aylıq əməkhaqqı tikinti (2 008,4 lari/701 dollar), informasiya və kommunikasiya (1 958,7 lari/684 dollar), peşəkar, elmi və texniki fəaliyyət (1 936,2 lari/676 dollar), maliyyə və sığorta sahəsində (1 898,6 lari/663 dollar) qeydə alınıb.

İyul-sentybar aylarında qadınların aylıq məvacibi 924,1 lari (323 dollar), kişilərin maaşı isə 1 475,7 lari (515 dollar) olub. Əmək haqlarında illik artım müvafiq olaraq 72,2 lari və 115,2 lari təşkil edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz