Pensiyalar artırıldı - SƏRƏNCAM

Xəbərin çap versiyası
Tarix: 6-02-2020, 21:02
Pensiyalar artırıldı -


Bu gün, fevralın 6-da prezident İlham Əliyev «Əmək pensiyalarının indeksləşdirilməsi haqqında» sərəncam imzalayıb.

CivilAzerbaijan.com
bildirir ki, sərəncama əsasən, bu il yanvarın 1-dən 2019-cu il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16.6 faiz artırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə isə, bu artım sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıları (pensiyaçıların 93 faizi və ya 1 milyon 120 minə yaxını) əhatə edəcək: «Artımın həyata keçirilməsi məqsədilə illik təxminən 560 milyon, aylıq 47 milyon manat əlavə vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək. Bu artımdan sonra orta aylıq pensiya 262 manatdan 300 manatadək yüksəlir. Artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək».

Ötən il pensiyalar illik 3 faizə yaxın artırılmışdı.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz