Daha bir icra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir

Xəbərin çap versiyası
Tarix: 23-09-2020, 20:40
Daha bir icra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir


Astara Rayon İcra Hakimiyyəti Astara rayonu ərazisində yolların əsaslı təmiri ilə bağlı elan etdiyi tenderə yekun vurub.

CivilAzerbaijan.com
MediaPost-a istinadən xəbər verir ki, tenderin qalibi "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti olub. Qalib şirkətə 118 min 200,6 manat ödənilib.

Həmçinin İcra Hakimiyyəti sentyabrın əvvəlində də eyni tender predmeti - yolların əsaslı təmiri üzrə "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkətini tenderin qalibi elan edib, şirkətə 542 min 353,23 manat ödəniş edib.
2019-cu ilin sonlarında isə Astara Rayon İcra Hakimiyyətinin 36 mənzilli yaşayış binasının tikintisi və Astara rayonunda yolların əsaslı təmiri üzrə elan etdiyi tenderlərinin qalibi eyni şirkət olub və tenderlər üzrə "Elnur-2" şirkətinə 2 mln. 292 min 189,6 manat ödəniş edib.

Qeyd edək ki, "Elnur-2" Universal İstehsalat Kommersiya şirkətinin nizamnamə kapitalı 1,6 manatdır. Şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur.

Xatırladaq ki, sözügedən şirkət Lerik Rayon İcra Hakimiyyətinin də müxtəlif tenderlərinin qalibi olub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz