Bakıda Polşa film festivalı keçiriləcək
Tarix: 13-04-2017, 09:00
Aprelin 22-27-də Bakıda polyak film festivalı keçiriləcək.
SİVİL.AZ xəbər verir ki, bu barədə APA-ya Polşanın Azərbaycandakı səfirliyindən bildiriblər. Altı gün davam edəcək Bakı Visla Festivalında ümumilikdə altı film nümayiş olunacaq (“Cek Stronq”,”Tanrılar”, “Cinsimissiya”, “Bağlı dairə”, “İspan qripi”, “Sərhəddə”). Filmlər ingilis və rus altyazıları ilə göstəriləcək.
“Landmark”da göstəriləcək filmlər saat 19. 00 başlayacaq. Giriş pulsuzdur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər