İkinci buktreyler festivalına işlərin qəbulu başa çatıb

Xəbərin çap versiyası
Tarix: 15-04-2017, 00:45
İkinci buktreyler festivalına işlərin qəbulu başa çatıb


Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” devizi altında keçirilən ikinci buktreyler festivalına buktreylerlərin qəbulu başa çatıb. Artıq münsiflər heyəti buktreylerlərin qiymətləndirilməsinə başlayacaq.

SİVİL.AZ xəbər verir ki, münsiflər heyətinin tərkibinə “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Əməkdar İncəsənət xadimləri Elçin Musaoğlu, Ayaz Salayev və Kənan Məmmədov daxildir.

Festivalın obyektiv keçirilməsi məqsədilə buktreylerlərin qiymətləndirilməsi hər bir münsif üzvü tərəfindən ayrılıqda aparılacaq. Yekun olaraq isə təşkilat komitəsi hər bir münsifin verdiyi qiyməti toplayaraq qalibləri müəyyənləşdirəcək. Festivalda birinci (2 nəfər), ikinci (2 nəfər) və üçüncü (3 nəfər) yerin qaliblərinə hərəsinə müvafiq olaraq 1000, 800 və 500 manat pul mükafatı veriləcək.

Qeyd edək ki, buktreyler festivalının məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz