“Bakı əsrlərin aynasında” sənədli filmi təqdim olunub

Xəbərin çap versiyası
Tarix: 22-04-2017, 00:15
“Bakı əsrlərin aynasında” sənədli filmi təqdim olunub


Aprelin 21-də Nizami Kino Mərkəzində “Bakı əsrlərin aynasında” sənədli filminin təqdimatı olub.

SİVİL.AZ xəbər verir ki, film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Salnamə” kinostudiyasında ekranlaşdırılıb.

Filmin ssenari müəllifi Rusiyanın tanınmış kinematoqrafçıları Sergey Şaçen, rejissoru isə Nataliya Zavazniyenkodur.

Ekran əsəri Bakımızın zəngin tarixinə, gözəlliklərinə və paytaxtımızda aparılan abadlıq-quruculuq işlərinə işıq salır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz