“Uçmaq istəyirəm” “YARAT”da təqdim olunacaq

Xəbərin çap versiyası
Tarix: 22-04-2017, 15:30
“Uçmaq istəyirəm” “YARAT”da təqdim olunacaq


Aprelin 25-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Mariya İbrahimovanın “Uçmaq istəyirəm” adlı filmi təqdim ediləcək.

SİVİL.AZ xəbər verir ki, “YARAT” Film Klubunun təqdim edəcəyi ekran əsəri ingilis dilində subtitrlər ilə nümayiş olunacaq. Filmin məğzi belədir: Ekran əsərinin baş qəhrəmanı Kamalın arzusu var – o, havaya qalxıb uçmaq istəyir. Amma çox insanların fikrincə əlil arabası ilə hərəkət edən insan üçün para planda uçuş əlçatmaz arzudur.

Kamal uzun müddətdir ki, paraolimpiya idmançılarının ilham mənbəyidir. O, bir çox paraolimpiyaçılara çətinliklərə qalib gəlməyə kömək edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz