Şahin Növrəsli Parisdə çıxış edəcək

Xəbərin çap versiyası
Tarix: 23-04-2017, 13:24
Şahin Növrəsli Parisdə çıxış edəcək


İyulun 5-6-da Parisdə amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camal həftəsi çərçivəsində konsertlər olacaq. “Odeon” Avropa Teatrında keçiriləcək konsertlərdə cazmen, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəsli də çıxış edəcək.

SİVİL.AZ xəbər verir ki, bu barədə məlumat Şahin Növrəslinin və “Odeon” Avropa Teatrının saytlarında yer alıb. Şahin Növrəsli iyulun 5-də “Emanation” albomundan kompozisiyalar, iyulun 6-da pianoda solo proqramla çıxış edəcək.

Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və digər tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz