Gənc Tamaşaçılar Teatrı şagirdlərlə birgə yeni tamaşa hazırlayır

Xəbərin çap versiyası
Tarix: 24-04-2017, 02:30
Gənc Tamaşaçılar Teatrı şagirdlərlə birgə yeni tamaşa hazırlayır


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi 6 nömrəli məktəb-liseyin “İB” proqramı üzrə təhsil alan şagirdləri ilə birgə yeni tamaşanın məşqlərinə başlayıb.

Teatrdan SİVİL.AZ-a bildirilib ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə hazırlanan səhnə əsəri Xalq Artisti Ağaxan Salmanlının quruluşunda təqdim olunacaq.

Tamaşada rolları teatrın aktyorları - Rövşən Abbasov, Rəşad Səfərov, Anar Seyfullayev, Ramil Məmmədov, Eşqin Quliyev, Elgün Yəhyayev, Elnur Hüseynov, Mirzə Ağa Mirzəyev, Simuzər Ağakişiyeva, Venera Abbasova, İlqarə Tosova, Yasəmən Məmmədova, Şəbnəm Hüseynova, Aygün Fətullayeva, Elşən Hacıbabayev, Müşfiq Əliyev və digər aktyorlarla yanaşı, məktəbin şagirdləri Fatimə Hüseynova, Nailə Nurəliyeva, Ayla İsmayılova, Selcan Mehdi və başqaları ifa edəcək.

Tamaşanın premyerası iyunun 1-də Gənc Tamaşaçılar Teatrının səhnəsində baş tutacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz