İslamiada çərçivəsində İstiqlal Muzeyində iki sərgi açılacaq

Xəbərin çap versiyası
Tarix: 25-04-2017, 00:30
İslamiada çərçivəsində İstiqlal Muzeyində iki sərgi açılacaq


Mayın 19-da Azərbaycan İstiqlal Muzeyində “Azərbaycan İslam abidələri” adlı sərgi açılacaq.

SİVİL.AZ xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunacaq sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçəcək.

Bundan başqa, mayın 21-də muzeydə “İslam: sülh və birlik” adlı sərgi də açılacaq. Dövlət Din Tarixi Muzeyinin kolleksiyasından ibarət ekspozisiyanın nümayiş olunacağı sərgi bir həftə davam edəcək.

Hər iki sərgiyə paytaxt sakinləri ilə yanaşı, şəhərimizin qonağı olacaq əcnəbilər də baxa biləcəklər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz