Bakıda qeyri-adi sərgi: “Jewels of the World”
Tarix: 28-04-2017, 00:50
Bakıda “Four Seasons” otelində “Zərgərlik və incəsənət” mövzusuna həsr olunan “Jewels of the World” sərgisi keçirilib.
SİVİL.AZ xəbər verir ki, sərgidə De Laneau, D’ Joya, Greubel Forsey, Lydia Courteille Creations, Magnificent Hong Kong, Tenzo, Urwerk, Yvel brendlərinin kolleksiyaları təqdim edilib. Bu il əsas diqqət yüksəkkeyfiyyətli qiymətli daşlar və Cənub dənizinin mirvarilərindən ibarət kolleksiyalar arasında ahəngi və onların zərif kombinasiyasını, habelə əl işi olan qol saatlarını təqdim etməyə yönəlib. Təqdimat brendlərin qeyri-adi zərgərlik nümunələrinin yaradılması prosesini nümayiş etdirən tematik seminarlarla müşayiət olunub.
İncəsənət hər zaman “Dünyanın ləl-cəvahiratı” konsepsiyasının ayrılmaz və mühüm tərkib hissəsi hesab olunub. “Suite Russe” sərgisində müasir incəsənət kolleksiyasını Bakı şəhərinin YARAT Müasir İncəsənət Mərkəzi ilə birlikdə təqdim edən parisli Qaleri Stanislas Burqeyn bu il ölkəmizə gəlib.
“Jewels of the World”un prezidenti Valentina Vasilevanın sözlərinə görə, tədbirin konsepsiyası dünyanın seçilmiş yerlərində ən nüfuzlu müştəriləri hər zaman unikal imkanlarla təmin etməkdir. O deyib: “Bakıda tədbirin keçirilməsi özlüyündə bizim bir təşkilatçı kimi uğurumuzun əsas göstəricilərindən biridir. Əsas məqsədimiz yüksək bədii dəyərə malik ən yaxşı zərgərlik, saatsazlıq və incəsənət nümunələrini bir araya gətirmək və qeyri-adi kolleksiyaları yerli elitaya təqdim edən ilk təşəbbüskar olmaqdır”.
[/center]
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər