Bakı “Avroviziya”da yenidən qalib ola bilər

Xəbərin çap versiyası
Tarix: 29-04-2017, 15:49
Bakı “Avroviziya”da yenidən qalib ola bilər


“Avroviziya”da həmişə sürpriz nəticələr olur.

SİVİL.AZ xəbər verir ki, bu sözləri 2012-ci ildə “Avroviziya” mahnı yarışmasında ölkəmizi təmsil edən Səbinə Babayeva builki müsabiqədən gözləntiləri haqda Kult.az-a danışarkən deyib. O, təmsilçimizə uğurlar arzulayıb:

“Yeni təmsilçimizə uğurlar arzulayıram. Dəqiq deyə bilmərəm ki, neçənci sırada olacağıq, çünki “Avroviziya” həmişə sürprizlərlə doludur. Amma əminəm ki, yaxşı nəticə gətirəcəyik”.

Qeyd edək ki, bu il ölkəmizi “Avroviziya”da Diana Hacıyeva təmsil edəcək. Avropada keçirilən sorğularda Azərbaycanın “Avroviziya” mahnısı liderlər sırasında qərarlaşıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz