Polad Bülbüloğlu Türkmənistanın Xalq Artisti adına layiq görülüb

Xəbərin çap versiyası
Tarix: 30-04-2017, 07:10
Polad Bülbüloğlu Türkmənistanın Xalq Artisti adına layiq görülüb


Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Fərmanı ilə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluya Türkmənistanın Xalq Artisti adı verilib.

SİVİL.AZ xəbər verir ki, fərmanda deyilir ki, Polad Bülbüloğlu bu yüksək fəxri ada Türkmənistan və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin, iki dövlət arasında mədəni və humanitar sahələrdə dialoqun möhkəmlənməsində xidmətlərinə, istedadına, mahnı-musiqi sənətinin inkişafında uğurlarına görə layiq görülüb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz