Bakı Şopinq Festivalında alıcılara “Landmark”da restoran və kafelərdən hədiyyə

Xəbərin çap versiyası
Tarix: 4-05-2017, 08:00
Bakı Şopinq Festivalında alıcılara “Landmark”da restoran və kafelərdən hədiyyə


Bakının mərkəzində yerləşən “Landmark” biznes mərkəzində fəaliyyət göstərən bir sıra restoran və kafelər Bakı Şopinq Festivalı alıcıları üçün maraqlı sürprizlər hazırlayıblar.

Azərbaycan Konqreslər Bürosundan SİVİL.AZ-a bildirilib ki, mayın 10-dək festivalda iştirak edən mağazalarda 200 manatdan 300 manatadək alış-veriş etməklə, Tax Free sistemindən yararlanan hər kəsə “Caspian Grill & Terrace”, “Sky Bar and Lounge”, “Dolce Pausa Coffee Shop and Bakery” restoranları 10 manatlıq yemək kuponu hədiyyə edəcəklər.

Bundan başqa, “Bangkok Noi Thai”, “Seto Japanese”, “Shin Shin Chinse” və “Salo Italian restaurant” restoranlarında da şopinq festivalı alıcıları üçün maraqlı təkliflər və hədiyyələr var. Bakı Şopinq Festivalı müddətində iştirakçı mağazalarda 300 manatdan 400 manatadək alış-veriş edən alıcılara bu restoranlar üçün 20 manatlıq yemək kuponu hədiyyə olunacaq.

Sadalanan restoranlara hədiyyə kuponları “Port Baku”, “Park Bulvar”, “Metro park”, “28 Mall” və “Gənclik Mall”da yerləşən “Baku Shopping Festival - Tax Free” köşklərində təqdim edilir. Kuponu əldə etmək üçün alıcı Tax Free köşkünə yaxınlaşaraq ƏDV qaytarılması haqda sənədi təqdim edir. Festival əməkdaşları vergi hesab fakturasını yoxladıqdan və tələb olunan proseduradan sonra alış-veriş zamanı ödənilmiş məbləğə əsasən, hədiyyə olunacaq kuponu müştəriyə verir.

Kampaniya mayın 10-dək davam edəcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz