Cənub bölgəsinin 128 yazarından seçmələr bir kitabda - FOTO

Xəbərin çap versiyası
Tarix: 12-05-2017, 00:45
Cənub bölgəsinin 128 yazarından seçmələr bir kitabda -


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Astara rayonunun Şiyəkaran kənd tam orta məktəbində “Azərbaycan - ümumi evimiz, doğma Vətənimizdir” mövzuda konfrans keçirilib.

SİVİL.AZ xəbər verir ki, tədbirdə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin “Etnik qruplar arasında azərbaycançılıq ideologiyasının təbliği və mədəni müxtəlifliyin inkişafına dəstək” layihəsinin İcra planına uyğun olaraq təşkil edilən tədbirdə Vətənimizin cənub regionunda doğulub ədəbi yaradıcılıqla məşğul olan, Azərbaycan və talış dillərində yazıb yaradan 128 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı “Gəl bizim yerlərə...” adlı kitabın təqdimatı da olub.
Layihənin rəhbəri, yazıçı-publisist Hacı Nərimanoğlunun nitqi dinlənilib.

Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu, “Respublika həyatı” qəzetinin redaktoru İlqar Ağayev, “Yaşıl çay” jurnalının redaktoru Sərraf Talıbov, Lənkəran Dövlət Dram Teatrının ədəbi hissə müdiri Ağaddin Babayev, Əməkdar jurnalist Avdı Qoşqar, Əməkdar müəllim Hüseyn Şahbəndəyev, tanınmış pedaqoq Şakir Paşayev, şair Aqil Ərəbov və başqaları çıxışlarında ölkəmizdə yaşayan bütün etnoslar arasında multikultural, tolerant, həmrəylik münasibətlərinin hökm sürdüyünü bildiriblər. İlk dəfə olaraq belə formatda nəfis tərtibatlı, yüksək poliqrafik üslubda buraxılmış toplunun bölgə yazarlarına dəyərli hədiyə olduğu vurğulanıb. Azərbaycan və talış dillərindəki ədəbi nümunələrdə Azərbaycan, Vətən, Torpaq məhəbbəti, Şəhidlərə hörmət, dünyaya, insana sevgi, nəcib insani duyğuları tərənnüm edən şeir, hekayə və esselərin əsas yer tutduğu qeyd olunub. QHT Şurasına belə əhəmiyyətli layihələri maliyyələşdirdiyinə görə təşəkkür edilib.

Tədbir iştirakçısının hər birinə QHT tərəfindən kitab və cənub bölgəsinin tarix, mədəniyyət, iqtisadiyyat, məişət və turizminə dair audio-video disklər hədiyyə edilib.

Ağaddin BABAYEV

Cənub bölgəsinin 128 yazarından seçmələr bir kitabda -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz