“Eurovision-2017”nin finalında iştirak edəcək ölkələr - SİYAHI

Xəbərin çap versiyası
Tarix: 12-05-2017, 10:35
“Eurovision-2017”nin finalında iştirak edəcək ölkələr -


Ukraynanın paytaxtı Kiyevdə “Eurovision-2017” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

SİVİL.AZ xəbər verir ki, ikinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda mübarizə aparıb.

İkinci yarımfinalda Serbiya, Avstriya, Makedoniya, Malta, Rumıniya, Niderland, Macarıstan, Danimarka, İrlandiya, San Marino, Xorvatiya, Norveç, İsveçrə, Belarus, Bolqarıstan, Litva, Estoniya və İsrail nümayəndələri çıxış ediblər.

Çıxışlardan sonra keçirilən səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə - Bolqarıstan, Belarus, Xorvatiya, Macarıstan, Danimarka, İsrail, Rumıniya, Norveç, Niderland və Avstriya vəsiqə qazanıb.

Bununla da mayın 13-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olub.

Qeyd edək ki, Azərbaycanı “Eurovision-2017” mahnı müsabiqəsində “Skeletons" mahnısı ilə təmsil edən Diana Hacıyeva mayın 9-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək.

Müsabiqənin mayın 9-da keçirilmiş birinci yarımfinalında 10 ölkə - Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Avstraliya, Kipr, Belçika və Ermənistan finala vəsiqə qazanıb.

Xatırladaq ki, müsabiqənin builki ev sahibi Ukrayna və “böyük beşlik” ölkələri - Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniya təmsilçiləri birbaşa finalda çıxış edəcəklər.


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz