Bu gecə “Eurovision-2017”nin qalibi məlum olacaq

Xəbərin çap versiyası
Tarix: 13-05-2017, 12:13
Bu gecə “Eurovision-2017”nin qalibi


Bu gün Kiyevdə “Eurovision-2017” mahnı müsabiqəsinin finalı keçiriləcək.

SİVİL.AZ xəbər verir ki, iki yarımfinalın nəticəsinə uyğun olaraq, finalda 26 ifaçı mübarizə aparacaq.

Bu il müsabiqədə rekord sayda - 42 ölkə iştirak edib. Belə ki, Portuqaliya və Rumıniya yenidən müsabiqəyə qayıdıb.

Final şousu Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Finalda iştirakçı ölkələrin tamaşaçıları öz təmsilçiləri istisna olmaqla iştirakçılara səs verə bilərlər. 2016-cı ildən səslərin sayılması qaydaları dəyişdirilib: peşəkar münsiflər və televiziya tamaşaçıları müsabiqə iştirakçılarına ayrı-ayrılıqda səs verirlər. Nəticələr elan olunduqda əvvəlcə münsiflərin balları açıqlanacaq. Bundan sonra aparıcılar tamaşaçıların səsverməsinin nəticələrini elan edəcəklər.

Qeyd edək ki, Azərbaycanı "Sceletons" mahnısı ilə müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz