Teatr Xadimləri İttifaqı yeni tamaşasını təqdim edib

Xəbərin çap versiyası
Tarix: 26-05-2017, 00:41
Teatr Xadimləri İttifaqı yeni tamaşasını təqdim edib


Azərbaycan Teatr Xadimləri İttifaqında mərhum dramaturq Rövşən Ağayevin “Sonluğun sonu” adlı əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş edilib.

SİVİL.AZ xəbər verir ki, Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə təqdim olunan psixoloji dramın quruluşçu rejissoru və rəssamı Asiman Ağa Rövşəndir.

Mono-tamaşada tənha, qoca və xəstə qadının birgünlük yaşam tərzinin vizual görüntüsü, onun acı etirafları aktrisa Güşvər Şərifovanın ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Zəngin səhnə dekorasiyası və aktrisanın məharətli çıxışı tamaşanı daha da baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz