Görkəmli kaman ustasının xatirəsi ANILACAQ

Xəbərin çap versiyası
Tarix: 26-05-2017, 00:45
Görkəmli kaman ustasının xatirəsi


Mayın 28-də görkəmli kaman ustası, Xalq Artisti Habil Əliyevin anadan olmasının 90 ili tamam olur.

Bu münasibətlə mayın 30-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xatirə gecəsi keçiriləcək.

SİVİL.AZ-ın məlumatına görə, Mərkəzdən bildirilib ki, gecədə sənətkarın ömür yolundan, fəaliyyətindən söz açılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər.

Qeyd edək ki, əmək fəaliyyətinə 1953-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında başlayan H.Əliyev 60 il ərzində öz ifaçılıq məharəti ilə milli musiqimizi zənginləşməsinə xidmət edib. Onun böyük məharətlə ifa etdiyi muğamlar dinləyicilərin yaddaşına həmişəlik həkk olunub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz