Xalq Artisti Firəngiz Əlizadənin 70 illiyi qeyd olunacaq

Xəbərin çap versiyası
Tarix: 31-05-2017, 00:26
Xalq Artisti Firəngiz Əlizadənin 70 illiyi qeyd olunacaq


İyunun 2-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin 70 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

SİVİL.AZ xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə dəstəyi ilə keçiriləcək tədbirdə bəstəkarın həyat və yaradıcılığından danışılacaq, göstərdiyi xidmətlər vurğulanacaq.

Tədbir konsert proqramı ilə davam edəcək. Konsert Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının iştirakı ilə gerçəkləşəcək.

Qeyd edək ki, geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq opera, balet, instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaradıb. Müasirlik və milli musiqi ənənələrinin parlaq təcəssümü Firəngiz Əlizadə yaradıcılığına xas olan cəhətdir.

Onun “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Qraniza” baletləri, müxtəlif ansambl tərkibi üçün “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron”, “Silk road”, violonçel və orkestr üçün konsert və digər əsərləri Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrini təşkil edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz