Gənc estrada ifaçılarının konserti olacaq

Xəbərin çap versiyası
Tarix: 1-06-2017, 14:57
Gənc estrada ifaçılarının konserti olacaq


Gənc estrada ifaçılarının konserti keçiriləcək.

SİVİL.AZ-ın məlumatına görə, “Mədəniyyət” kanalının və “Azərbaycan” radiosunun təşkilatçılığı ilə keçiriləcək “Odlar ölkəsi” adlı konsert iyunun 7-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq.

Konsert proqramında Sərxan Cəfərov, Şövqi Əmrahov, Nigar Xəlili, Tural Xəlilzadə, Şəfiqə Abbasova, Sevinc Cavadova, Səfa Eldar, Fərəh Həsənzadə, İradə Musayeva, Emin İsmayılov, Bəsti Qasımova, Leyla Əmrahova və digərləri çıxış edəcək. Konsert boyu gənc müğənniləri Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin kiçik heyəti müşayiət edəcək. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz