Bakıda turistlər qutab bişirdilər - FOTOLAR
Tarix: 7-06-2017, 00:00
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və “Karvansara” restoran kompleksinin birgə təşkilatçılığı ilə yeni layihəyə start verilib.
SİVİL.AZ-ın məlumatına görə, idarədən bildirilib ki, layihənin gerçəkləşdiyi ilk gündə “Karvansara” restoran kompleksinə gələn 200 nəfərdən çox turist üçün ustad dərsləri təşkil olunub. Kompleksin peşəkar aşpazları tərəfindən milli mətbəximizin ən ləzzətli təamlarından biri olan qutabın hazırlanma prosesi nümayiş etdirilib, daha sonra iştirakçılara qutab bişirmələri üçün şərait yaradılıb.
Layihənin məqsədi zəngin Azərbaycan mətbəxinin təbliği ilə yanaşı, müxtəlif milli yeməklərin hazırlanma qaydalarını turistlərə təqdim etməkdir.
Ustad dərsləri qonaqlar tərəfindən maraqla qarşılanıb. (AZƏRTAC)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər