İranda Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək

Xəbərin çap versiyası
Tarix: 19-06-2017, 08:30
İranda Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək


İyulun 3-dən 10-dək İranın Tehran, İsfahan və Təbriz şəhərlərində Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək.

SİVİL.AZ-ın verdiyi məlumata görə, mədəniyyət həftəsi çərçivəsində Azərbaycan filmləri nümayiş olunacaq, fotosərgi açılacaq, konsert proqramları təşkil ediləcək.

Azərbaycan mədəniyyəti həftəsinin keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 3-də İrana səfər edəcək. Onun İranın mədəniyyət və islam inkişafı naziri və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz