Azərbaycanın Xalq artisti vəfat edib

Xəbərin çap versiyası
Tarix: 3-07-2017, 10:59
Azərbaycanın Xalq artisti vəfat edib


Azərbaycan Xoreoqrafiyasının korifey sənətkarı, Xalq artisti Xumar Zülfüqarova vəfat edib.

SİVİL.AZ AzVision.az-a istinadla bildirir ki, bu barədə Azərbaycan Rəqs Assosiasiyasının “Facebook” səhifəsində məlumat verilib.

Bildirilib ki, X. Zülfüqarova 90 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində görkəmli teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olub. O, 1945-cı ildə Bakı Xoreoqrafiya məktəbini bitirib.

1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olub.

Allah rəhmət eləsin!

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz