"Anamın kitabı"nın təqdimatı keçirilib
Tarix: 4-07-2017, 08:00
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə “NUR” yaradıcı gənclər teatrını təqdimatında S. Bəhlulzadə adına Mədəniyyət Sarayında C. Məmmədquluzadənin eyniadlı əsəri əsasında qurulmuş “Anamın kitabı” tamaşasının təqdimatı keçirilib.
SİVİL.AZ bildirir ki, təqdimatda Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin direktoru Hacı Əliyev, xalq artisti Ağaxan Salmanlı və digər qonaqlar iştirak ediblər.
XX əsrin əvvəllərində qələmə alınmış bu əsər Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqındadır. Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa, Vətən ətrafında birləşməyə çağırış, müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid etmək olub.
Teatrın yaratdığı bu səhnə işi yaradıcılıq fəaliyyətində ilk addım olsada tamaşa izləyicilər tərəfindən xüsusi maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.
Qeyd edək ki, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzinin nəzdində ictimai əsaslarla fəaliyyət göstərən “NUR” yaradıcı gənclər teatrıın təşəbbüskarı və bədii rəhbəri istedadlı gənc Nurel Kərim, quruluşçu rejissoru isə Nurlan Həsənzadədir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər