Ata ilə qız arasında erotika hamını AYAĞA QALDIRDI - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 8-07-2017, 21:28
Ata ilə qız arasında erotika hamını AYAĞA QALDIRDI -


Bu incəsənət nümunələrinin adətən iki qəhrəmanı olur: gücdən düşmüş ahıl ata və qorxu içərisində atasına döşündən süd verən gənc qadın. Onlar hər ikisi qorxu və utanc içərisində gözlərini eyni nöqtəyə zilləyib, kiminsə gəlişindən ehtiyat edirmiş kimi baxırlar. Bəs, orta əsrlərdə bir sıra fırça ustasının müraciət ediyi ilk baxışdan erotik sayılan bu mövzu nəyin rəmzidir?

CİVİL AZERBAİJAN bu suala cavab tapmağa çalışıb:

“Romalı qızın ata sevgisi” adı ilə dünyanın bir çox muzeylərini bəzəyən bu əsərlərdə dəyişən tək şey obrazlardır. Mövzu isə dəyişməz olaraq qalır. 1765-ci ildə Paris Rəssamlıq Salonuna səfərindən sonra fransız maarifçisi Deni Didro əsərə rişxənd dolu resenziya yazmışdı. Əslində, bu süjet bizə klassik incəsənət əsərlərindən tanışdır. Yeni doğulmuş körpəsini əmizdirən müqəddəs ana obrazı o dövrün bütün rəssamlarının qürurla müraciət etdiyi mövzu idi.

Lakin körpə əvəzinə ölüm ayağında olan qocaya süd verən qadına nə ad vermək olardı? İlahə yoxsa şeytan? Bu süjet xəttinin tarixi isə eramızın I əsrinə təsadüf edir. Romalı yazıçı Valeri Maksimus öz anasına və atasına süd verib bəsləyən incəqəlbli romalı qız haqda əsər yazır. Məşhur romalı qız obrazı həm ədəbiyyat, həm də incəsənət nümayəndələrinin ilham mənbəyinə çevrilir.

Valerinin əsərinin süjet xətti təxmini belədir: Romalı qoca Kimona törətdiyi xırda cinayətə görə şəhər senatının qərarı ilə aclıq hökmü oxunur. Onu zindana salıb, ac saxlayırlar. Qızı Peroya isə hər gün gəlib atasını görməyə izn verilir. Günbəgün atasının zəiflədiyini və taqətdən düşdüyünü görən yenicə ana olmuş Pero atasını əmizdirməyə başlayır. Zindana girən nəzarətçilər gözlərinə inanmırlar. Senatın qaydalarına görə Peronu bu hərəkətinə görə edam etməli idilər. Lakin Roma senatı həm atanın, həm də incəqəlbli Peronun günahını bağışlayır.

Yazıçı Maksimusun “Romalı qızın ata sevgisi” adlandırdığı əsərdən ilhamlanıb, bu süjet əsasında minlərlə sənət əsərləri yaranır. Məsələn, tarixdə amansız Karavaco adı ilə tanınan rəssam öz günahlarından qurtulmaq məqsədi ilə “Mərhəmətin 7 növü” adlı rəsm əsəri yaradır. Əsərdə əsas akt türmədəki kişiyə döşündən süd verən qadın təsvirirdir.

Mərhəmətli Perodan ilhamlanan müasir yazıçılar da az deyil. XX əsrin sonlarında ABŞ-da işıq üzü görən əsərlərin birində Amerika və Vyetnam müharibəsi zamanı ac əsgərlərə süd verən gənc ana obrazı təsvir edilmişdi.

İncəsənət ustalarının bu mövzuya olan dərin marağının səbəbi hələ də tam aydın deyil. Bunun yalnız bir izahı var- bütün bəşəriyyət - hətta ölüm belə, gənc Peronun mərhəməti və saflığı qarşısında acizdir. O bu hərəkəti ilə sanki günahlarından qurtulur və müqəddəslik dərəcəsinə yüksəlirdi. (Publika.az)

Ata ilə qız arasında erotika hamını AYAĞA QALDIRDI -


Ata ilə qız arasında erotika hamını AYAĞA QALDIRDI -


Ata ilə qız arasında erotika hamını AYAĞA QALDIRDI -

Ata ilə qız arasında erotika hamını AYAĞA QALDIRDI -

Ata ilə qız arasında erotika hamını AYAĞA QALDIRDI -


Ata ilə qız arasında erotika hamını AYAĞA QALDIRDI -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz