Dünyanın ən məşhur filmlərində inanılmaz səhvlər - FOTOFAKTLAR
Tarix: 9-07-2017, 08:30
Dünyaca məşhur, milyonlarla büdcəyə malik filmlərdə belə, bəzən inanılmaz səhvlərlə rastlaşırıq. Həqiqətən bəzən bu səhvləri gördükdə heyrətə gəlirik. Bu qədər işin arasında, onlarla peşəkar insanın gözündən qaçmış səhnələr filmlərin təqdimatından sonra böyük müzakirələrə, qalmaqallara səbəb olur.
SİVİL.AZ musavat.com-a istinadən dünyanın ən məşhur filmlərində baş verən inanılmaz səhvləri təqdim edir.
2001-ci ildə ekranlara çıxan "Üzüklərin hökmdarı" filmi bir andaca dünyanın ən məşhur filmlərindən birinə çevrilir. Lakin filmdə bir epizod var, Gandalf sehirli əsası ilə düşmənini bir anda havaya uçurdur. Lakin həmin səhnədə düşmənin necə uçduğu açıq-aşkar görünür. Belə ki, aktyorun belinə bağlanmış kəndir diqqəti cəlb edir.
"Böyük ürək" filmində də inanılmaz səhv gözdən qaçıb. Bütün dünyanın izlədiyi filmdə, eləcə də bütün dünyanı şoka salan səhv şapkalı kişinin epizoda girməsidir. Beləliklə, şapkası ilə arxada rahat görünən kişi filmi pis vəziyyətdə qoyub.
Dünyaca məşhur "Troya" filmi. Filmdə Bred Pitin başı üzərindən təyyarə keçir.
Məşhur "Şeytan" filmində isə qrim səhvi ortaya çıxıb. Zamanında hər kəsin həyəcanla izlədiyi filmdə qrim ustası aktyorun qulağını qrim etməyi unudub.
"Karib dənizinin quldurları" filmində bir neçə səhv kinosevərlər tərəfindən aşkarlanıb. Bir epizodda məlum olur ki, Sərçə Cek məşhur "Adidas" firmasının bandasını geyinib.
Digər epizodda müasir geyimli kişi görünür.
Bir neçə səhv milyonlara büdcə malik "Titanik" filmində yaşanıb. Bir epizodda filmi çəkən operator qapının şüşəsində görünür.
Başqa epizodda isə gəminin göyərtisi görünüşcə fərqli görünür.
"Möhtəşəm Yüz il" serialında da səhvlər tamaşaçıların gözündən qaçmayıb. Bir epizodda İbrahim Paşanın arxasından radioqüllə açıq-aşkar görünür.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər