Əli İldrımoğlunun 90 illik yubileyi keçirilib

Xəbərin çap versiyası
Tarix: 14-07-2017, 16:44
Əli İldrımoğlunun 90 illik yubileyi keçirilib


“Azərkitab” Kitab Təbliğatıı Mərkəzində "Şöhrət" ordenli yazıçı Əli İldrımoğlunuin 90 illik yubileyi qeyd olunub.

SİVİL.AZ xəbər verir ki, gecədə tanınmış qələm sahibləri, millət vəkilləri, naşirlər, sənət aləminin tanınmış simaları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “Azərkitab” Kitab Təbliğatıı Mərkəzinin təsisçisi Sabir Həsənov qonaqları salamladıqdan sonra onlara Mərkəzin yaranma ideyası, məqsədi haqqında məlumat verib.

Əli İldrımoğlu haqqında filim nümayiş edildikdən sonra tədbirin aparıcısı professor Nizaməddin Şəmsizadə Əli İldrımoğlunun həyat və yaradıcılığından danışıb. Görüşdə millət vəkilləri Aqil Abbas, Arif Rəhimzadə, Əflatun Amaşov, Xalq şairi Sabir Rüstəmxanlı, şair Ramiz Rövşən və digərləri çıxış edərək Əli İldrımoğlunun yaradıcılığından, onun bir yazıçı, bir ziyalı , jurnalist və nəhayət bir övlad kimi valideyninə və Vətəninə olan sevgisindən qaynaqlanan yadadıcılığından bəhs ediblər.

Əli İldrımoğlunun 90 illik yubileyi keçirilib

Əli İldrımoğlunun 90 illik yubileyi keçirilib


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz