Ayşad Məmmədov Beynəlxalq festivalda mükafat alıb

Xəbərin çap versiyası
Tarix: 8-08-2017, 22:48
Ayşad Məmmədov Beynəlxalq festivalda mükafat alıb


Əməkdar artist Ayşad Məmmədov Beynəlxalq festivalda mükafat alıb.

SİVİL.AZ-ın verdiyi xəbərə görə, Bolqarıstanın Varna şəhərində keçirilən Beynəlxalq Monotamaşalar Festivalında “İuda” tamaşası ilə iştirak edən aktyor Ayşad Məmmədov tamaşadakı İuda roluna görə mükafat və diplomla təltif olunub.

Aktyorun söylədiyinə görə, tamaşa çox bəyənilib və Sofiyaya dəvət alıb.

Xatırladaq ki, “İuda” aktyor Ayşad Məmmədovun yazdığı pyesdir. Tamaşanın rejissoru Anar Babalıdır, baş rolun ifaçısı Ayşad Məmmədovdur. Monotamaşanın qəhrəmanı dini mətnlərdən tanıdığınız İudadır. (Kulis.az)

Ayşad Məmmədov Beynəlxalq festivalda mükafat alıb


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz