Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusu verildi
Tarix: 17-08-2017, 13:30
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusu verilib.
SİVİL.AZ bildirir ki, Nazirlər Kabineti bununla bağlı “M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusunun verilməsi haqqında” qərar qəbul edib.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bu qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər